"Futbolçuların əhval-ruhiyyəsini qaldırmaq üçün şəhər gəzintisi etdik" - Ayxan Abbasov
Azərbaycan millli komandasının baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sabah Fransa ilə keçiriləcək oyundan öncə mətbuat konfransında jurnalistlərin sualalrını savablandırıb.
Msport.az xəbər verir ki, o, sabah komandanı gərgin və vacib oyun gözlədiyini deyib:
“Rəqib məlumdur, son illərin ən güclü komandalarından biri. Bilirik ki, onların heyətində ulduzlar çıxış edir. Biz də bu oyuna ciddi hazırlaşmışıq. Son oyundan sonra bizə maraqlıdır ki, komandamız güclü rəqiblərlə görüşdə necə təsir bağışlayacaq. Sabah rəqib böyük azarkeş dəstəyi altında oynayacaq. Lakin mənim futbolçularım bundan qorxmurlar və meydanda bütün güclərini qoyacaqlar. Fransa artıq uzun illərdir ki, eyni məşqçinin rəhbərliyi altında çıxış edir. Belə komandalara qarşı oynamaq özü xüsusi motivasiyadır”.
-Sabahkı oyun haqqında nə düşünürsüz?
-Futbolçuların ilk gündən məşqlərə münasibəti çox yaxşı oldu. Belə oyunlarda həmişə gərginlik olur. futbolçulara təzyiq də hiss edilir. Çalışacağıq ki, bu, meydanda o qədər də hiss olunmasın. Həddən artıq çox fikirləşəndə bu da mane olur. Futbolçuların əhval-ruhiyyəsini qaldırmaq üçün şəhərə gəzinti təşkil etdik. İnanıram ki, onlar stresdən uzaq olacaqlar və oyuna tam hazır çıxacaqlar.
-Kilian Mbappe bildirim ki, sabah çalışacaq ki, Olivye Jirunun qol rekordunu keçsin. Bu futbolçuların motivasiyasını artıracaq?
-Futbolçular hər zaman fərqlənmək istəyirlər ki, rekordlarını təzələsinlər və yaxşı statistika əldə etsinlər. Bu, normaldır. Biz rəqibin son oyunlarını təhlil etmişik. Mbappenin bu sözləri bizim futbolçularda daha çox idman hirsi yaratmalıdır. Biz isə sakit, soyuqqanlı olmalıyıq. Reallıq da var ki, bizi rəqiblə eyni səviyyəyə qoymaq olmaz. Əgər biz gələcəkdə nəyəsə nail olmaq istəyiriksə, belə oyunlarda öyrənməliyik. Futbolçular özlərini göstərməlidirlər ki, gələcəkdə bərabər səviyyəli rəqiblərlə görüşlərdə yaxşı oynaya bilsinlər. Belə oyunlar karyeranda çox az ola bilər. Sonuncu dəfə Fransa ilə 30 il əvvəl qarşılaşmışıq. Güclü komandalarla üzbəüz gəlmək bir təcrübədir.
-Azərbaycan millisi nə etməlidir ki, möcüzəyə nail olsun?
-Müasir futbolda çox vaxt bəxt amili də rol oynayır. Oyuna bütün aspektləri nəzərə alaraq hazırlaşırsan, lakin elə olur ki, hər şey tərsinə çevrilir. İnanıram ki, şans bizim tərəfimizdə olacaq. Futbolçulardan əsas istəyim odur ki, nə olur-olsun, təslim olmasınılar. Bu bizim üçün çox vacibdir.
–– Heyəti müəyyənləşdirmisiz?
– Hazırdır. Son oyuna yaxın heyətdir. İki oyunu düşünüb addım atacağıq. Üç gündən sonra bizi daha çətin matç gözləyir. Ötən oyunlarda 4 günlük pauza var idi, bu dəfə 3 gün. Bəzi oyunçularımız ağır qrafikdən gəliblər. Onlar həm liqada, həm də ÇL-də oynayır. Bütün bunları nəzərə alacağıq. Bütün oyunçularımıza güvənirik. Məşqlərdə də hər kəsin şansı gözlədiyini gördük. Millidə rəqabətin olması vacibdir. Sabah kim oynasa, inanıram ki, öhdəsindən gələcək.
– Özünüzü necə hiss edirsiz?
– Gözəl hissdir. Mənim üçün də ilkdir. Nələrəsə nail olmaq istəyirsənsə, işlərdən keçirsən. Belə böyük oyun oynamaq biz məşqçilərin gələcəyi üçün şansdır. Avropa və dünya çempionuna qarşı oynamaq, onu təhlil etmək başqa hissdir. Məşqçi heyəti ilə birlikdə futbolçuları oyuna hazırlaşdırmağa çalışdıq.