featured-image-45688

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Msport.az xəbər verir ki, komitə U-13 Liqasında keçirilən “Turan Tovuz”– “Azəri” (Gəncə) oyunu ilə bağlı sərt cəza tətbiq edib.

Belə ki, görüşün 15-ci dəqiqəsində “Azəri”nin baş məşqçisi Elşən Əliyev baş hakimi təhqir edib, şərəf və ləyaqətini alçaldıb və onu vurmağa cəhd edib. Bu üzdən oyun yarımçıq dayandırılıb.

İntizam Komitəsi Gəncə komandasına 0:3 hesablı texniki məğlubiyyət verib, baş məşqçisi Elşən Əliyevi 1 illik futboldan uzaqlaşdırıb.

Bənzər xəbərlər