featured-image-500

“Kollegiya qərarı ilə bu federasiyanın statusu ləğv olunub, biz belə bir qurum tanımırıq”.

Msport.az xəbər veriri ki,  bunu gənclər və idman naziri Fərid Qayıbov Otüstü Xokkey Federasiyasının ləğvi barədə danışarkən deyib.

O bildirib ki, növbəti federasiya yaranarsa, icra orqanlarından keçdikdən sonra müvafiq sənədlər Attestasiya Komissiyasında baxıla bilər.

Digər federasiyalara gəldikdə, nazir vurğulayıb ki, hesabat-seçki konfransları keçirmək həmin qurumların özündən asılıdır: “Federasiyalar ictimai birliklərdir və onların fəaliyyəti müstəqildir. Sadəcə, nazirlik olaraq onlarla mütəmadi görüşür, idman siyasətimiz, hansı istiqamətdə bərabər çalışacağımız haqqında məlumat veririk”.

Qeyd edək ki, Otüstü Hokkey Federasiyasının prezidenti sabiq vergilər naziri Fazil Məmmədov idi.

Bənzər xəbərlər