Göygöldə Avropa Kuboku
Azərbaycan növbəti dəfə cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna ev sahibliyi edəcək.
Msport.az xəbər verir ki, Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqviminə daxil olan yarış 4-5 mayda yenidən Göygöldə baş tutacaq.
Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu bildirib ki, yarışın regionda keçirilməsi cüdonun ölkəmizdə kütləviləşdirilməsi, həmçinin uşaqlar və yeniyetmələr arasında populyarlaşdırılması baxımından mühüm rol oynayır.
O, bu yarışın yeniyetmələrdən ibarət milli üzvlərinin öz peşəkarlıqlarını artırmaları, Avropa və dünya birinciliklərində iştirak edəcək heyətin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayacağını vurğulayıb.
Qeyd edək ki, turnir bitdikdən sonra yarışda iştirak edəcək ölkələrin idmançılarının iştirakı ilə 6-8 mayda beynəlxalq təlim-məşq toplanışı təşkil ediləcək.