Güləşçilərimiz Qazaxıstanda
Azərbaycanın gənclərdən (U-20) ibarət yunan-Roma güləşi üzrə millisi Qazaxıstana yollanıb.
Federasiyadan Msport.az-a verilən məlumata görə, yığmamız bu gündən Çimkənd şəhərində təlim-məşq toplanışına start verib.
Martın 9-dək davam edəcək hazırlıq prosesində böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında 18 güləşçi yer alıb.
Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer alacağı toplanışda Qazaxıstan, Ukrayna, Özbəkistan, Tacikistan və Səudiyyə Ərəbistanı yığmaları da iştirak edir.
Komanda hazırlıq prosesini başa vurduqdan sonra 11-13 martda Astanada keçiriləcək Jaksılık Uşkempirov turnirində çıxış edəcək.