featured-image-50199

Azərbaycanın sərbəst güləşçiləri Dağıstanın Kaspiysk şəhərində keçirilən Əli Əliyevin xatirə turnirində 5 medal qazanıblar.

Federasiyanın mətbuat xidmətindən Msport.az saytına verilən məlumata görə, 54-cü dəfə təşkil olunan yarışda Rusiya, Azərbaycan, Bəhreyin, Belarus, Macarıstan, Dominikan, Qazaxıstan, Qırğızıstan, Serbiya, Tunis, Özbəkistan və İsveçrədən olan güləşçilər iştirak ediblər.

Ənənəvi turnirdə böyük məşqçi Cəbrayıl Həsənovla məşqçi Şərif Şərifovun rəhbərliyi altında millimizin bir neçə üzvü mübarizə aparıb. Güləşçilərimiz 2 qızıl və 3 bürünc medal qazanıblar.

Əli Rəhimzadə (65 kq) və Aslan Abakarov (97 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kənan Heybətov, Murad Yevloyev (hər ikisi 70 kq) və Şamil Zubairov (92 kq) isə üçüncü yeri tutub.

Bənzər xəbərlər