Güləşçimiz Kazanda fəxri kürsüyə qalxdı
Azərbaycan Tatarıstanın paytaxtı Kazanda keçirilən BRICS Oyunlarında növbəti medalı qazanıb.
Msport.az xəbər verir ki, sərbəst güləşçi Ceyhun Allahverdiyev fəxri kürsüyə qalxıb.
61 kq çəki dərəcəsində yarışan 21 yaşlı idmançı bürünc mükafata sahib çıxıb.