featured-image-48685

Gürcüstanın Qori şəhərində keçirilən sərbəst güləş üzrə “Şxireli Kuboku”nda Azərbaycanın bütün təmsilçiləri medal qazanıb.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Msport.az-a verilən məlumata görə, Məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanovun rəhbərliyi altında 7 güləşçi ölkəmizi ənənəvi yarışda təmsil edib.

Vasif Bağırov (57 kq), Musa Verdiyev (65 kq) və Ramik Heybətov (70 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Camal Abbasov (61 kq) ikinci, Əhməd Əhmədli (74 kq), Emin Qocayev (79 kq) və Sadiq Mustafazadə (86 kq) isə üçüncü yeri tutub.

Beləliklə, komandamız turniri 3 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub.

U-20 yaş qrupu üzrə keçirilən turnirdə Gürcüstan, Azərbaycan, ABŞ, Qazaxıstan və İran komandaları iştirak edib.

Xatırladaq ki, “Şxireli kuboku”nda beynəlxalq dərəcəli hakimlər Xəzər Allahverdiyevlə Eldar Bayramov ədaləti qoruyub.

Bənzər xəbərlər