featured-image-18080

TRT-nin şərhçisi canlı yayımda Hakan Şükürün adını çəkdiyi üçün fasilədə başqa həmkarı ilə əvəzlənib.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, dünya çempionatınn qrup mərhələsinin Kanada – Mərakeş oyununun 4-cü dəqiqəsində hesab açılınca,  şərhçi Alper Bakırcıgil mundiallar tarixində ən erkən qolun müəllifinin Hakan Şükür olduğunu xatırladıb.

Fasilədə şərhçi dəyişdirələrək mikrofon arxasına Cüneyt Kıran keçib. Alper Bakırcıgilin isə işdən çıxarılması ilə bağlı xəbər yayılıb.

Qeyd edək ki, Fetullah Gülənə yaxınlığı ilə seçilən Türkiyə millisinin sabiq üzvü Hakan Şükür hazırda ABŞ-da yaşayır. O, Türkiyəyə gələrsə həbs olunacağını bildiyindən geri dönmür.

Bənzər xəbərlər