featured-image-81590

Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel”ə 1:2 hesabı ilə uduzduqları ilk oyun haqda danışıb.

Msport.az xəbər verir ki, o,  açıqlamasında bunları deyib:

“Əvvəlcə “Hapoel”i qələbəsi münasibəti ilə təbrik etmək istəyirəm. Oyuna qolla başlasaq da,  rəqib önə keçməyi bacardı. Həqiqətən də keyfiyyətli komandadır. Daha çox vertikal oynayırdılar. Lakin çalışırdıq ki, ritmi qoruyaq. Oyuna maksimum hazırlaşmağa çalışmışdıq. Rəqib bizə çox yaxşı təzyiq edirdi. Əvvəl üz-üzə gəldiyimiz komandalardan fərqli olaraq bizim təzyiqlərimizdən asanlıqla çıxırdılar.

Sürüşkən hesabdır. Yəni, şansımız var. Ötən mərhələdə “Orhus”a da bu hesabla uduzmuşduq. Lakin Bakıda qələbə qazanmağı bacardıq. Fərqli bir oyun nümayiş etdirdik. Biz cavab oyununda “Hapoel”i səhvə yol verməyə məcbur etməliyik. Bir həftə ərzində səhvlərimizi düzəltməliyik”.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Bənzər xəbərlər