"Hazırda yerli futbolçu tapmaq bir qədər çətindir" - "Kəpəz"in baş məşqçisi
“Kəpəz” Azərbaycan Premyer Liqasının açılış turunda səfərdə “Sabah”a 0:2 hesabı ilə uduzub.
Msport.az xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Azər Məmmədov oyun haqda fikirlərini bildirib:
“Çempionatımızın ən yaxşı komandalarından birinə qarşı oynayırdıq. İstənilən halda hər bir komanda ilə qarşılaşmalıyıq. Futbolçularımıza təşəkkür etmək istəyirəm. “Sabah”ın çox güclü komanda olmasına baxmayaraq futbolçularımız çəkinmədilər”.
– “Kəpəz”ə qayıdışınızdan sonra komandaya yeni futbolçular qoşuldu. Ümumi potensialı necə dəyərləndirirsiniz?
– Klubun büdcəsinə baxsaq, bundan pis istifadə etdiyimizi düşünmürəm. Transferlərimizdən narazılığımız yoxdur.
– “Kəpəz” üçün transferlərin başa çatdığını deyə bilərik?
– Düşünürük ki, daha bir-iki mövqeyə, xüsusilə hücum xəttinə futbolçu transfer edək. Bu, yerli futbolçu da ola bilər. Düzdür, hazırda yerli futbolçu tapmaq bir qədər çətindir. Ona görə də digər istiqamətlərə də müraciət edəcəyik.







