featured-image-44983

“Potensiallı məşqçidir. Həm futbolçu, həm də məşqçi kimi təcrübəsi var”.

Bu sözləri Msport.az saytına açıqlamasında FIFA agenti Vaqif Heydərli”Sabah”ın yeni baş məşqçisi Krunoslav Renduliçlə bağlı danışarkən deyib.

O bildirib ki, xorvatiyalı mütəxəssisin Bakı klubunda uğurlu olub-olmayacağını zaman göstərəcək: “Amma burada potensialını daha da aça bilər. Heç kim ona uğursuz seçim deyə bilməz. Son klubunda əldə etdiyi uğurlar göstərir ki, nəticəyə oynayan komanda yarada bilir. İndidən fikir bildirmək çətindir. Amma potensialı var. “Sabah”da öz sistemini qura bilsə, uğurlu ola bilər”.

Qeyd edək ki, “Sabah” Renduliçlə 1.5 illik müqavilə imzalayıb.

Bənzər xəbərlər