“Heç vaxt özümü Akinfeyevlə müqayisə etməmişəm”
Heç vaxt özümü İqor Akinfeyevlə müqayisə etməmişəm.
Msport.az-ın məlumatına görə, bunu “Qarabağ”ın və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Rusiyanın “Legalbet” nəşrinə açıqlamasında deyib.
“Akinfeyevin səviyyəsində oynaya biləcəyimi və ona çatacağımı düşünmürdüm. Lakin istəyirdim. Məqsədim var idi. Hər gün məşqlərdə bu hədəfə doğru getmək üçün çalışırdım. Gündə 2-3 dəfə məşq edirdim. Əgər heç bir şey etmirsənsə, niyə oturub gözləməlisən? Nəyisə dəyişmək üçün mütləq cəhd etməlisən”, – deyə 30 yaşlı qolkiper bildirib.
Qeyd edək ki, 2016-2023-cü illərdə “Qarabağ”ın formasını geyinən Şahruddin Məhəmmədəliyev iyulun 18-də yenidən Ağdam klubuna qayıdıb. O, 2020-ci ildən Azərbaycanın əsas millisinin formasını geyinir.