featured-image-738

“Malta ilə oyuna görə narahat idim. Əminəm ki, komanda daha artığını edə bilər. Sabah bunu göstərməliyik. İlk növbədə özümüzə inanmalıyıq”.

Msport.az-ın məlumatına görə, bunu milli komandamızın baş məşqçisi Canni De Byazi Latviyaya qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis Malta ilə görüşdən sonra futbolçularla danışdığını söyləyib: “Ötən matçda taktiki problemlərimiz oldu. İki məşq keçməyimiz də buna təsir etdi. “Sabah özümüzü yaxşı tərəfdən göstərməliyik. Həmişə bildiyimiz oyuna qayıdacağıq”.

İtaliyalı baş məşqçinin fikrincə, yaxşı oyun göstərsələr, futbolçular mövqelərində bacardıqlarını edə bilsələr, nəticə qazanmaq mümkün olacaq: “Yaxşı oynasaq, topla rahat davransaq, bir-birimizi meydanda dəstəkləsək, hər bir rəqibə qarşı oynaya bilərik. Futbolda mümkün olmayan bir şey yoxdur. Reytinqdə 67-ci pillədə olan Şimali Makedoniya İtaliyaya qalib gəldi. Bunun üçün ən əsası özümüzə inanmalıyıq”.

Bənzər xəbərlər