“Hər şey Bolqarıstanda həll olunacaq”
“Hər şey Bolqarıstanda həll olunacaq”.
Msport.az xəbər verir ki, bu sözləri Bolqarıstanın “Ludaqorets”in baş məşqçisi Georgi Dermençiyev UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda “Qarabağ”ı 2:1 hesabı məğlub etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, hər iki topun “Qarabağ”ın boşluq verdiyi zonalardan vurulduğunu bildirib: “Rəqib hücumda daha çox olurdu. Buna görə də boşluqlar yaratdılar. Futbolçularım da bundan yaxşı istifadə etməyi bacardılar”.
Mütəxəssis cavab matçında iki futbolçusunun olmamasının komandaya mənfi təsir edəcəyini söyləyib: “Təəssüf ki, iki oyunçumuzu itirdik. Amma ruhdan düşmürük. Onları əvəzləyəcək futbolçular var”.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 13-də Bolqarıstanda olacaq.