featured-image-79481

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” Alexandro Herrera ilə müqavilə imzalayıb.

Msport.az xəbər verir ki, bu barədə Naxçıvan klubu məlumat yayıb.

Kolumbiyalı yarımmüdafiəçi ilə anlaşmanın müddəti “1+1” illikdir.

21 yaşlı mərkəz yarımmüdafiəçisi “Arko Saraqosa” akademiyasının yetirməsidir. Peşəkar futbolçu karyerasına Argentina “Banfild”ində başlayan Herreranın son klubu Dominikan təmsilçisi “San Kristobal” olub.

Bənzər xəbərlər