Həsrət Cəfərov ikiqat Avropa çempionu oldu - Stadnik finalda!
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə dünya çempionatı davam edir. Msport.az xəbər verir ki, yarışın üçüncü günündə yunan-Roma güləşi üzürə milli komandamızın üzvləri daha 3 medal qazanıblar.
60 kq çəki dərəcəsində mübarizə aparan Nihat Məmmədli karyerasında ilk dəfə qitə çempionu olub. O, finalda moldovalı Viktor Çebanunu məğlub edib – 8:3.
Həsrət Cəfərov (67 kq) ikiqat Avropa çempionu olub. Həmyerlimiz həlledici görüşdə rusiyalı Ruslan Biçurindən üstün olub – 8:5.
72 kq çəki dərəcəsindəki təmsilçimiz Ülvi Qənizadə finalda Türkiyə pəhləvanı Selcuk Cana 0:2 hesabı ilə uduzaraq, gümüş medala layiq görülüb.
Bu gün Avdropa çempionatında qadın güləşçilər də mübarizəyə qoluşublar. Mariya Stadnik (50 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq finala yüksəlib. Stadnik sabah keçiriləcək finalda Türkiyə nümayəndəsi Evin Demirhanla üz-üzə gələcək.
Alyona Kolesnik də (59 kq) qitə çempionatının qızılı uğrunda güləşəcək. Millimizin üzvü finalda ukraynalı Alina Filippoviçlə qarşılaşacaq.