featured-image-77721

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 30-cu turunda səfərdə “Qarabağ”a 1:2 hesabı ilə məğlub olub.

Msport.az xəbər verir ki, qonaqların baş məşqçisi Kurban Berdiyev mətbuat konfransında oyunu dəyərləndirib:

– Ümumilikdə ağır oyun oldu. “Qarabağ” matçın çox hissəsində təşəbbüsə yiyələnmişdi. İkinci hissənin əvvəlində buraxılan qol oyunumuza təsir etdi. Sonda cəhdlərimiz oldu ki, vəziyyəti düzəldək. Amma alınmadı.

– Denis Marandiçi ilyarımdır yoxdur. Onun sağlamlığı və aqibəti necə olacaq?

– Əməliyyatı yaxşı keçib. Növbəti mövsümə qayıdacağına ümid edirik.

– Çoxsaylı real qol epizodlarını qaçırmağınızın səbəbi nədir?

– Fikirləşirəm ki, həyəcanla bağlı idi. Şanslardan istifadə etsəydik, başqa cür olardı.

– İkinci yer uğrunda həlledici matç idi. Futbolçularda mübarizliyi, motivasiyanı hiss etdiz?

– Ona görə dedim ki, həyəcan var idi. Nəzəri baxımdan şansın olması, bir az həyəcana səbəb oldu. (sportal.az)

Bənzər xəbərlər