featured-image-30408

I divizionda mövsümə yekun vurulub.

Msport.az xəbər verir ki, sonuncu turun oyunları eyni gündə baş tutub.

Çempionluğunu rəsmiləşdirən “Araz Naxçıvan” doğma meydanda “Zaqatala”nı inamlı hesabla məğlub edib. İkinci pillədə qərarlaşan “Neftçi”nin əvəzediciləri isə MOİK-lə səfər matçında asan qələbə qazanıb.

“Turan Tovuz”un ikinci komandası isə “İmişli”ni darmadağın edərək bürünc medallara yiyələnib.

I divizion
30-cu tur
23 may

“Mingəçevir” – “Səbail-2” 1:1
Qol
: Elvin Əlizadə, 83-pen – Xəyal Bədirov, 18.
Hakimlər: Elvin Bayramov, Səbuhi Soltanov, Anar Bədəlov, Murad Səlimov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu.

MOİK – “Neftçi-2” 2:4
Qol
: Tural Axverdiyev, 30. İlham Allahverdiyev, 62 – Elşad Tağıyev, 7; 13-pen. Seymur Əliyev, 39. Aqşin Abazərov, 73.
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Rəhman Aslanov, Kamran Əliyev.
Binə qəsəbə stadionu.

“Araz Naxçıvan” – “Zaqatala” 2:0
Qol
: Orxan Əliyev, 76; 80.
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Kərim Zeynalov, Mahmud Bağırzadə.
Naxçıvan Muxtar Respublika stadionu.

“Qəbələ-2” – “Qarabağ-2” 0:0
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Aydın Bəxşiyev, Tural İbrahimov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança).

“Turan Tovuz-2” – “İmişli” 3:0
Qol
: Sadiq Şəfiyev, 45; 71-pen. Okebuqvu Henri, 48.
Hakimlər: Şamil İmanzadə, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Rəsul Babayev.
Tovuz şəhər stadionu.

“Zirə-2” – “Şamaxı-2” 2:2
Qol
: Mahmud Ağayev, 58. Xəqani Sadıxov, 66-pen – Qurban Səfərov, 43-pen. Asim Əlizadə, 45.
Hakimlər: Əli Əliyev, Vüqar Bayramov, Asif Abdullayev, Fəridə Lütfəliyeva.
Zirə İK stadionu.

“Sumqayıt-2” – “Kəpəz-2” 3:2
Qol
: Uğur Cahangirov, 72. Maqsud Ələkbərov, 80. Xəzər Mahmudov, 82 – Nemət Musayev, 70pen. Sənan Əliyev, 89.
Hakimlər: Əkbər Əhmədov, Elman Kərimov, Zakir Şükürzadə, Rövşən Rəcəbov.
“Sumqayıt Arena” (ehtiyat meydança).

Bənzər xəbərlər