featured-image-81928

“Şahdağ Qusar” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Msport.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, komanda Əlcəzair əsilli fransalı hücumçu İdir Boutrifi heyətinə qatıb. 26 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

İdir Boutrifinin son klubu Lüksemburqun “Kaerjeng” komandası olub. O, 2023-cü ildən çıxış etdiyi Premyer Liqa təmsilçisinin heyətində 61 oyunda 28 dəfə fərqlənməyi bacarıb.

Bənzər xəbərlər