featured-image-36083

“İdman Tv” “Olimpiya” – “Qarabağ” görüşünün vanlı yayəmlanmasında yaranan problemlə bağlı iddialara cavab verib.

Msport.az xəbər verir ki, bu barədə kanal sosial şəbəkə hesabından paylaşım edib:

“Hörmətli futbol azarkeşləri, “Qarabağ” – “Olimpiya” komandalarının Avropa Liqasının pley-off mərhələsi çərçivəsində ilk görüşün “İdman” TV ilə göstərilməməsi ilə bağlı narahatlığınızı və iradlarınızı başa düşür və üzr istəyirik. “Qarabağ” futbol klubundan fərqli olaraq biz yaranmış problemin əsl mahiyyətini araşdırmadan kimisə ittiham etmək istəmirik. Çünki birmənalı şəkildə bildiririk ki, yayımla bağlı ortaya çıxan problemdə “İdman” TV qədər “Qarabağ” FK da məsuliyyət daşıyır. Odur ki, ən yaxın zamanda klub rəhbərləri ilə AzTV rəhbərliyi arasında görüş keçiriləcək və yalnız bundan sonra ictimaiyyətə açıqlama veriləcəkdir”.

Bənzər xəbərlər