İki boksçumuzdan qələbə
Azərbaycanın 2 boksçusu Monteneqronun Budva şəhərində keçirilən gənclər arasında dünya birinciliyində qələbə qazanıb.
Msport.az xəbər verir ki, Zidan Hümbətov (51 kq) ilk görüşündə Alexandros Mavrommatislə (Yunanıstan) qarşılaşıb.
O, görüşün taleyini ikinci raundda həll edərək tam üstünlüklə qalib gəlib. Hümbətov 1/8 finalda Mateuş Şoçarjla (Polşa) döyüşəcək.
Əli Abdullayev (63,5 kq) isə ikinci qarşılaşmasını aktivinə yazıb. O, 1/16 finalda Malik Suqaypovu (Rusiya) məğlub edib – 4:1 (29:28, 28:29, 29:28, 29:28, 30:27). Boksçumuz növbəti görüşdə Ruslan Qafurovla (Tacikistan) üz-üzə gələcək.
Qeyd edək ki, mundiala noyabrın 3-də yekun vurulacaq.