featured-image-35744

“Evdə məğlub olmaq xoş deyil. Oyunu öz səhvlərimizdən uduzduq”.

Bunu Msport.az saytına açıqlamasında “Kəpəz”in qapıçısı Vladislav Vasilyuçek evdə “Turan Tovuz”a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın II tur oyunu barədə danışarkən deyib.

Belaruslu qolkiper buraxdığı ilk qolda kobud səhvə yol verdiyini etiraf edib: “Amma bunun qırılma nöqtəsi olduğunu düşünmürəm. Çünki komanda səhvimi düzəltməyə çalışdı. Sadəcə alınmadı”.

Azərbaycan çempionatında yeni olduğunu bildirən Vasilyuçek adaptasiya problemi yaşamadığını söyləyib: “Uyğunlaşma barədə heç bir maneə görmürəm”.

O, “Kəpəz”ə gələnədək Azərbaycan futbolu haqqında məlumatlı olduğunu vurğulayıb: “Bəzi klublardan xəbərim var idi. Onlarla yoxlama matçlarında da üz-üzə gəlmişik”.

Bənzər xəbərlər