"Kəpəz" mövsümə məğlubiyətlə başladı
Azərbaycan Premyer Liqasında I turun oyunları davam edir.
Msport.az xəbər edir ki, bu gün açılış turunun daha iki görüşü keçiriləcək.
“Araz Naxçıvan” Qəbələdə “İmişli”ni qəbul edib. Hər iki komanda mövsümə yeni baş məşqçi ilə çıxıb. Cavid Hüseynov Naxçıvan təmsilçisinin sükanı arxasında debüt edib.
Daha əvvəl “İmişli”ni I Liqada çalışdırmış Fərid Namazov da baş məşqçi kimi Premyer Liqada ilk oyununa çıxıb.
Günün ikinci oyununda “Sabah” “Kəpəz”i qəbul edib.. Hər iki komandanın razılığına əsasən matç Gəncədən Masazıra dəyişdirilib.
Meydana eksperimental heyətlə çıxan çempion mövsümə qələbə ilə başlayıb.
Qeyd edək ki, dünən start verilən ilk turun digər oyunları avqustun 16-17-də keçiriləcək.
Azərbaycan Premyer Liqası
I tur
15 avqust
18:30. “Araz-Naxçıvan” – “İmişli” 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Ruslan Quliyev
VAR: Nicat İsmayıllı
AVAR: Tərlan Talıbzadə
Qəbələ şəhər stadionu
20:45. “Sabah” – “Kəpəz” – 2:0
Qol: Coy Lens Mikels, 71-pen; Ksander Severina, 90+1
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
“Bank Respublika Arena”
16 avqust
19:00. “Sumqayıt” – “Neftçi”
21:00. “Zirə” – “Şəfa”
17 avqust
19:30. “Qarabağ” – “Şamaxı”
15 avqust
“Turan Tovuz” – “Qəbələ” – 1:0







