“İmişli”də anqolalı futbolçu – RƏSMİ
İmişli” heyətinə daha bir futbolçu cəlb edib.
Msport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
“Deku” ləqəbi ilə tanınan Fransişku Moraiş ilə anlaşma əldə olunub. Onunla 2+1 illik müqavilə imzalanıb.
Anqolalı yarımmüdafiəçi son olaraq Portuqaliyada “Alverka” komandasının formasını geyinib.







