featured-image-32292

“İmişli” PFK ilə “RDC” MMC arasında tərəfdaşlıq haqqında müqavilə imzalanıb.

Msport.az xəbər verir ki, bu gün Futbolun İnkişaf Fondunun (FİF) vasitəçiliyi ilə baş tutan imzalanma mərasimi Fondun icraçı direktoru Tural Piriyevin açılış nitqi ilə başlayıb. O bildirib ki, “Biz sponsorluq danışıqlarının aparılmasına xüsusi həssaslıqla yanaşırıq. Çalışırıq ki, hər zaman həm klub, həm də sponsor üçün faydalı tərəfdaşlıq olsun. Tərəfdaşlıq razılaşmasının hər detalına xüsusi diqqət ayırırıq ki, uzun müddət çəkən danışıqlar, uzunömürlü tərəfdaşlıq olması üçün zəmin yaratsın”.

İmzalanma mərasimində tərəfdaşlıq müqaviləsini “İmişli” futbol klubunun İdarə Heyətinin sədri Aqşin Mürsəlov və “RDC” MMC-nin direktoru Dr. Kamran Eyyubov imzalayıblar. Müqaviləyə əsasən, “RDC” MMC “İmişli” PFK-nın baş sponsoru qismində çıxış edəcək.

Qeyd edək ki, 2018-ci ildə təsis olunan “RDC” MMC müxtəlif sektorlarda, kiçik, orta və böyük şirkətlərə topdan ticarət və konsaltinq üzrə xidmətlərlə fəaliyyət göstərir.

media-347423881_260817569974516_1245057333633663520_n media-347591395_260817599974513_8194222539595954426_n

Bənzər xəbərlər