“İmişli” Yevlaxda büdərədi
Futbol üzrə Azərbaycan I Liqasında 24-cü start verilib. Msport.az xəbər verir ki, Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparan “İmişli” səfərdə “Karvan”la qarşılaşıb. Oyun Yevlax klubununun minimal hesablı qələbəsi iıə başa çatıb – 1:0. Meydan sahiblərinin heyətində yeganə qolu 16-cı dəqiqədə Uensley Ondo vurub.
“Difai” Şamaxı Olimpiya Kompleksinin stadionunda “Mingəçevir”i qəbul edib. Ağsu klubu rəqibini 4:1 hesabı ilə məğlub edib. Qalib komandada Kistian Kamta və Bayrəmli Qurbanov dubl ediblər.
Sabah “Zaqatala” “Şamaxı”nı, MOİK “İrəvan”ı, “Qaradağ Lökbatan” isə “Araz Saatlı”nı qəbul edəcək.
“Qaradağ Lökbatan” 23 oyundan 49 xalla turnir cədvəlinə başçılıq edir. Bir oyun çox keçirən “İmişli” 46 xalla 2-ci pillədədir. 23 oyunda 45 xal toplayan “Şamaxı” 3-cü yeri tutur.