featured-image-26905
AFFA İntizam Komitəsinin iclası keçirilib. Msport.az xəbər verir ki, toplantıda I Divizionun XXII turu ilə bağlı aşağıdakı qərarlar verilib:
“Zirə-2” – MOİK  oyununda “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə olunub.
“Sumqayıt-2” – “Mingəçevir” oyununda “Mingəçevir”in futbolçusu Elvin Əlizadə rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığından 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Şamaxı-2” – “Səbail-2” oyununda xərəkdaşıyan uşaqların yaşı əsasnamənin tələblərinə uyğun olmadığına görə “Şamaxı-2” komandası 80 manat cərimə olunub.
“İmişli” – “Neftçi-2”  oyununda “İmişli”nin futbolçusu Elnur Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalanıb, klubu 20 manat cərimə edilib. Bu oyunda PFL əsasnaməsinin 9-cu bəndi pozulduğuna görə “İmişli” klubu 80 manat cərimə edilib.
“Kəpəz-2” – “Qaradağ Lökbatan” oyununda “Kəpəz” komandası 5 sarı vərəqə ilə cəzalandığına görə 80 manat cərimə edilib.

Bənzər xəbərlər