"İndi nə desən, bəhanə kimi səslənəcək" - Slaven Biliç
Xorvatiya millisinin baş məşqçisi Slaven Biliç UEFA Millətlər Liqasında İngiltərəyə 0:7 hesablı məğlubiyyəti şərh edib.
Msport.az xəbər verir ki, o, oyunu belə qiymətləndirib:
“İndi nəyisə izah eləmək çətindir, hər nə desən, bəhanə kimi çıxacaq. Bizim enerjimiz çatmadı, bu isə özünə inama təsir göstərir. Özünə inam texniki icraya təsir edir. Sonda isə elə görünür ki, sanki komandada istək və döyüşkən ruh yoxdur. Lakin mən uşaqlara inanıram.
-Deməli əsas problem enerjinin çatmamasıdır?
-Çoxlu xırda faktorlar oldu ki, sonda həlledici rol oynadı. Bizim bir çox futbolçularımıza klublarında stabillik çatmır. Üstəlik, yeddi günə 3 oyun keçirməli oluruq, iki rəqibimiz də dünya futbolunun elitasında olan komandadır. Ona görə də heyətdə rotasiyalar apardıq. Hərçənd bir çoxları 3 oyunda da çıxış etdi.. Daha bir səbəb…açıq deyim, bəzi futbolçular virusa yoluxmuşdular. Bu haqda danışmaq istəmirəm, çünki indi bəhanə kimi səslənə bilər.







