featured-image-85029

“Arsenal” 3 aparıcı futbolçusu ilə müqaviləni uzadacaq.

Msport.az xəbər verir ki, London klubu Deklan Raysla müddəti 2031-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayacaq.

Qapıçı David Raya da komandada qalması ilə bağlı razılığa gəlib. Onun anlaşması 2030-cu ilə qədər olacaq.

Müdafiəçi Yurrien Timer də müqaviləsini artıracaq.

27 yaşlı Rays bu mövsüm 15 oyunda meydana çıxıb və 1 qol vurub, 5 məhsuldar ötürmə verib.

31 yaşlı Raya isə cari mövsüm bütün turnirlərdə 15 görüşdə qapını qoruyub.

Bənzər xəbərlər