Poçettinonun köməkçiləri məlum oldu
“Mançester Yunayted”in yeni baş məşqçisi Maurisio Poçettinonun köməkçiləri məlum olub.
Msport.az xəbər verir ki, argentinalı mütəxəssisin korpusunda Xesus Peres, Miqel D`Aqostino, Toni Ximenes, Aleks Skott və Sebastyan Poçettino işləyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Maykl Kerriklə birgə çalışmış Trevis Binnion Conni Evans, Stiv Holland, Kreyq Mouson və Conatan Vudqeytlə yollar ayrılıb.







