Xankəndi stadionunda yenidənqurmadan sonra ilk rəsmi oyun keçirilir
Bu gün Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi oyun keçiriləcək.
Msport.az xəbər verir ki, sözügedən arenada I Liqanın “Xankəndi” – “Karvan-Yevlax” oyunu baş tutacaq.
VIII turun qarşılaşmasını baş hakim Kamranbəy Rəhimov idarə edəcək. Yevlax təmsilçisi turnir cədvəlində 13 xalla dördüncü, ev sahibləri isə 6 xalla yeddinci sırada yer alıblar.
Qeyd edək ki, Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışı noyabrın 7-də baş tutub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.







