İngiltərə Premyer Liqası: 15 yaşında debüt etdi!
“Arsenal”ın 15 yaşlı futbolçusu İtan Nvaneri İngiltərə Premyer Liqasının yeni rekordunu müəyyənləşdirib.
Msport.az xəbər verir ki, “Brentford”la oyunun 92-ci dəqiqəsində baş məşqçi Arteta 15 yaş 181 günlüyündə olan futbolçunu meydana buraxıb.
İtan Xarvi Eliotun rekordunu keçib. Adı çəkilən oyunçu 16 yaş 30 günlüyündə Premyer Liqada debüt etmişdi.
Qeyd edək ki, İtan 2007-ci il təvəllüdlüdür.