“İnter” Dumfrisə əvəzləyici tapdı
“İnter” yanvarda Zaqreb “Dinamo”sunun futbolçusu Moris Valinçici transfer etməyi planlaşdırır.
Msport.az xəbər verir ki, əgər zədələnmiş Denzel Dumfris tezliklə sağalmasa, klub xorvat müdafiəçini heyətə qatmağa hazırdır.
“Neradzurra” 23 yaşlı Valinçici həqiqətən bəyənir. Futbolçunun mövcud müqaviləsi 2029-cu ilə qədərdir.
Qeyd edək ki, cari Xorvatiya çempionatında Valinçic 11 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib.







