“İnter” hücumçusuna qiymət “oxudu”
“İnter”in hücumçusu Markus Türam yay “transfer pəncərəsi”ndə komandanı tərk edə bilər.
Msport.az xəbər verir ki, Milan təmsilçisi fransalı futbolçunun satışı variantını nəzərdən keçirir.
Klub 27 yaşlı hücumçunun transferi üçün ən azı 50 milyon avro tələb edir. Gələn təkliflər qənaətbəxş olmasa, oyunçu növbəti mövsümdə də “İnter”də çıxış edəcək.
Markus Türam 2023-cü ildə Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubundan “İnter”ə azad agent kimi keçib. Onun müqaviləsinin müddəti 2028-ci ilədək nəzərdə tutulub.
Qeyd edək ki, hücumçu bu mövsüm İtaliya klubunun heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 13 qol vurub və 7 məhsuldar ötürmə edib.







