featured-image-30503

“Səbail”in futbolçusu Qoba Zakpanın cəzalı müəyyənləşib.

Msport.az xəbər verir ki, AFFA İntizam Komitəsi portuqaliyalı hücumçunu 3 oyunluq diskvalifikasiya edib.

Buna səbəb 31 yaşlı forvardın Premyer Liqanın XXXV turunda “Turan Tovuz”la keçirilən görüşdə qeyri-etik hərəkəti olub. “Səbail” isə 1600 manat məbləğində cərimələnib.

Qeyd edək ki, “Turan Tovuz” – “Səbail” matçı 2:2 hesablı bərabərliklə başa çatıb.

Bənzər xəbərlər