featured-image-17969

Futbol üzrə İran millisinin baş məşqçisi Karluş Keyroş istefa verib.

Msport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu qərarını “İnstagram” hesabı vasitəsilə açıqlayıb:

“Futbolda mənəvi qələbələr yoxdur. Amma siz qələbə üçün istək və cəsarətlə vuruşmusunuzsa, arzularınıza çatmamaqda ayıb heç nə yoxdur. Sizinlə fəxr edirəm. Meydanda və kənarda əla idiniz. Bu futbol ailəsinin bir hissəsi olmaq mənim üçün şərəf idi. Əminəm ki, siz öz ölkənizin və futbol azarkeşlərinizin imicini yüksəltməklə tam hörmətə layiqsiniz”.

Xatırladaq ki, Karluş Keyroş bu ilin əvvəlində İran millisinin sükanı arxasına keçmişdi. 69 yaşlı məşqçi daha əvvəl 2011-2019-cu illər aralığında da bu komandaya rəhbərlik etmişdi.

İran yığması Qətərdə təşkil olunmuş dünya çempionatında 3 oyuna topladığı 3 xalla qrup 3-cüsü olub və mübarizəni dayandırıb.

Bənzər xəbərlər