featured-image-52177

UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda keçiriləcək İsveç – Azərbaycan matçının yeri bəlli olub.

Msport.az xəbər verir ki, Skandinaviya komandası millimizi əsas stadionu olan “Friends Arena”da qəbul edəcək.

C Liqasının 1-ci qrupunda yer alan komandaların dueli noyabrın 19-na təsadüf edəcək. Solna şəhərində təşkil ediləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Qeyd edək ki, millimiz ilk tur çərçivəsində sentyabrın 5-də İsveçi Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

Bənzər xəbərlər