featured-image-44946

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1\8 final mərhələsinin “Bayer”lə cavab oyunundan öncə fikirlərini bildirib. Msport.az xəbər verir ki, 51 yaşlı mütəxəssis Leverkuzenə səfərdən qabaq hava limanında jurnalistlərə açıqlama verib:

“Oyuna pis hazırlaşmamışıq. Şanslarımızdan maksimum yararlanmağa çalışacağıq. Birinci görüşdəkindən daha yaxşı oynamaq lazımdır. İlk matçda bundan da yaxşı nəticə əldə etmək olardı. Medina bu səviyyədə çıxış etməyə hələ hazır deyil. O, ideal formasından uzaqdır. Lakin oyunun gedişində ona şans verə bilərik. Digər futbolçuların heyətə qayıtması bizim üçün üstünlükdür və heyətdə rotasiya etməyə imkan verir. Juninyo dünən və bu gün fərdi şəkildə məşq edib. Oyundan qabaq həkimlərlə məsləhətləşib qərar verəcəyik”.

Xatırladaq ki, “Bayer” – “Qarabağ” oyunu martın 14-də gecə saat 00:00-da start götürəcək.

Bənzər xəbərlər