featured-image-44798

UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Bayer 04″lə matçda zədələnən “Qarabağ”ın futbolçusu Olavio Juninyonun durumuna aydınlıq gəlib.

Klubdan Msport.az-a verilən məlumata görə, braziliyalı hücumçu Maqnit Rezonans Tomoqrafiyası (MRT) müayinəsindən keçib.

Hücumçunun zədəsi çox ciddi deyil. Lakin forvardın bu gün Premyer Liqada “Zirə” ilə matçı buraxacağı dəqiqdir. Onun “Bayer”ə qarşı oynayıb-oynamayacağı isə matç günü bəlli olacaq.

Qeyd edək ki, “Qarabağ” Almaniyada “Bayer”lə cavab oyununu martın 14-də keçirəcək. Bakıdakı görüş heç-heçə yekunlaşıb – 2:2.

Bənzər xəbərlər