featured-image-46414

Rusiyanın “Krasnodar” klubunun futbolçusu Kadi Borgesin agenti Helsil Roberto Aliks oyunçunun gələcək karyerası ilə bağlı danışıb.

Msport.az xəbər verir ki, menecer bu barədə “Metaratings.ru” nəşrinə açıqlama verib.

“Kadi “Qarabağ”a qayıtmaq istəyir? Bu barədə deməyə sözüm yoxdur. O, “Krasnodar”dakı hər şeydən razıdır”, – deyə Aliks vurğulayıb.

Qeyd edək ki, Kadi Borges cari mövsüm 26 oyuna 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2021-2023-cü illərdə “Qarabağ”ın uğurları üçün çalışıb.

Bənzər xəbərlər