featured-image-753

Avropa Konfrans Liqasının “İnstaqram” səhifəsi bu mövsüm turnirdə vurulan ən yaxşı 9 qolu təqdim edib.

Msport.az xəbər verir ki, ən yaxşılar sırasında “Qarabağ”ın futbolçusu Kadi Borqesin Konfrans Liqasının 2-ci turunda səfərdə Kipr “Omoniya”sına  vurduğu qol da var. Qolların olduğu paylaşımla izləyicilərə  bu sual verilib:

“UEFA Avropa Konfrans Liqasında hansı daha yaxşı qoldur?”

Xatırladaq ki, “Qarabağ” “Omoniya”ya səfərdə 4:1 hesabı ilə qalib gəlib.

 

Bənzər xəbərlər