featured-image-691

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə “Qarabağ” 2 gündür hazırlığını bərpa edib.

Msport.az klubun saytına istinadən xəbər verir ki, Ağdam klubu hazırlığını milli komandalara getməyən 7 futbolçu –  Şahruddin Məhəmmədəliyev, Luka Quqeşaşvili, Kevin Medina, Abdullah Zubir, Kadi Borges, İsmayıl İbrahimli, İbrahima Vadji və “Qarabağ-2″də cəlb edilən oyunçularla  davam etdirir.

“Qarabağ” hazırlıq çərçivəsində “Azersun Arena”da ikitərəfli oyun keçirib. Əsas komanda əvəzedici heyətdən dəvət olunmuş futbolçulardan ibarət qarışıq heyətlə “Qarabağ-2″yə qarşı oynayıb və 7:1 hesabı ilə qalib gəlib. Qolları Kadi Borges (2), İbrahima Vadji, Abdullah Zubir (2), Seyxan Fərəcov və Mehdi Tahirov vurublar. Əvəzedici heyətin qolunun müəllifi isə U-19 komandasından dəvət edilmiş Bəhram Köçərli olub.

Komandalar oyuna bu heyətlə başlayıblar:

“Qarabağ”: Şahruddin Məhəmmədəliyev, Kevin Medina, Tolqar Yaqubov, Mehdi Tahirov, Sultan Mustafayev, Əli Nəcəfli, İsmayıl İbrahimli, Kadi Borges, Abdullah Zubir, İbrahima Vadji, Seyxan Fərəcov

“Qarabağ-2”: Luka Quqeşaşvili, İbrahim Hüseynov, Rauf Hüseynli, Vasif Fərəcov, Elmir Abbasov, Hüseyn Əliyev, Ruslan Bayramov, Musa Musazadə, Nurlan Şabanov, Emil Abbasov, Mirmövsüm Caniyev

Bənzər xəbərlər