featured-image-28728

“Turan Tovuz”un kapitanı Kamal Bayramovun Msport.az saytın müsahibəsi

– Azərbaycan Kubokunun yarımfinal mərhələsin cavab oyununda “Neftçi”yə 0:2 hesabı ilə uduzaraq finala çıx bilmədiniz. Məğlubiyyətə nə səbəb oldu?
– Hakimin son fitinə qədər oyunda olmalı, konsentrasiyanı itirməməlisən. Diqqətsizlik bizi məğlubiyyətə apardı.

– Niyə komanda 7-8 dəqiqə dözə bilmədi?
– Əlavə vaxt da oyunun dəqiqələridir. Son saniyəyədək mübarizə aparmalı və tam diqqətli olmalısan. Ani diqqətsizlik 2 qolla nəticələndi. Bu, bizim üçün böyük təcrübə oldu

– Oyundan əvvəl azarkeşlərinizin bir qismini arenaya buraxmadılar. Bu nə ilə bağlı idi?
– Bu barədə məlumatım olmadığı üçün heç bir şərh verə bilmərəm.

– “Neftçi” tərəfi deyir ki, “Turan Tovuz”un oyunçuları yerdə yatmaqla vaxt aparırdılar. Buna münasibətinizi bilmək istərdim…
– Dünəndən sosial şəbəkələrə daxil olmadığım üçün bu cür fikirlərə rast gəlməmişəm. Amma belə bir ifadə işlədiblərsə, cavab verim. Maaşları hesablasaq, rəqibin bir futbolçusunun illik gəlirin komandamızdakı bütün oyunçuların məvacibindən çoxdur. Amma 200 dəqiqə qapımıza yol tapa bilmədilər. Hər şeyin bir cavabı var.

– İkinci hissədə demək olar ki, müdafiədə oturdunuz. “Neftçi” sizi buna məcbur etdi, yoxsa taktiki gediş belə idi?
– Oyunun gedişi bunu tələb edirdi. Bizə deyilməmişdi ki, müdafiədə oturmalıyıq. Sadəcə, rəqibin heyətində keyfiyyətli futbolçuların olması bizi buna məcbur etmişdi. Bununla belə yaxşı müdafiə olunduq. Sonda ani diqqətsizlik baha başa gəldi
– Sizcə, nəticə ədalətli idi?
– Bu gün 10-15 milyonluq komanda ilə 2 milyonluq heyəti müqayisə ediriksə, meydanda fərq elə də görünmürdü. Düzdür, keyfiyyət baxımından bizdən üstün futbolçuları var. Maddi, texniki dəstək baxımından da bizdən xeyli öndədilər. Buna baxmayaraq, layiqli mübarizə apardıq. Qarşıda yenə oyunlarımız olacaq. Sadəcə, bizə bir az vaxt lazımdı.

– Rəqibin 2 qolu ləğv olundu. Hakimliklə bağlı nə deyə bilərsiniz?
– Hakimlərlə bağlı heç bir iradım yoxdur. Oyunu normal idarə etdilər. Onlara da karyeralarında uğurlar arzulayıram. Sadəcə, bir şeyi qeyd edim, İvan Brkiçin azarkeşlırimizə etdiyi ədəbsiz jestləri də unutmarıq. Rəqib fanatlar 90 dəqiqə məni söydülər. Amma mən onlara hörmətlə yanaşdım, başımı qaldırıb üzlərinə belə baxmadım. Eybi yox, Brkiç, biz amma biz sənə borclu.

CAHİD

Bənzər xəbərlər