featured-image-30549

“Turan Tovuz”un qapıçısı Kamal Bayramov “Sumqayıt”la oyunda rəqib komandanın yarımmüdafiəçisi Todor Todoroskini vuran “Qarabağ”ın futbolçusu Ramil Şeydayevə dəstək olub.

38 yaşlı qolkiper Msport.az saytına açıqlamasında AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılan forvardın düzgün hərəkət etdiyini bildirib:

“Elə məqamlar var ki, orada nəinki futbol, heç bir məsələ millətdən, dövlətdən üstün ola bilməz. Qanlar bahasına ucalan bayrağımıza, dövlətimizə kimlərinsə dil uzatmağına, barmaq silkələməyinə göz yummamalıyıq. Bəli, Ramilə tam dəstəyəm. Allah ondan razı olsun. Vətəni, miləti sevən mərd oğuldur və bir çoxuna da nümunədir. Düz edib. Mən də olsam, eyni cür, bəlkə də daha sərt cavab verərdim.

Son vaxtlar bezi əcnəbilər, deyəsən, harada olduqlarından xəbərsizdirlər. Onlara ağıllı olmağı məsləhət görürəm. İndiyədək yüzlərlə əcnəbi gəlib-gedib. Aralarında yaxşı səviyyədə oynayanlar da olub. Anma son dönəmdə yol verilən ardıcıl hörmətsizliklər çox oldu. Kimsə düşünməsin ki, futbol üçün sakit qalarıq. Yox! Millətimizə əl uzadanın əlini, dil uzadanın dilini qopara bilərik. Ramil qardaşımıza da uğurlar. Allah qorusun”.

Qeyd edək ki, Ramil Şeydayev Todoroskini “azərbaycanlılar tupoydular” ifadəsinə görə vurub.

CAHİD

 

Bənzər xəbərlər