Kamerun Futbol Federasiyası Onana ilə bağlı bəyanat yaydı
Kamerun Futbol Federasiyası millidən uzaqlaıdırılan Andre Onana ilə bağlı bəyanat yayıb.
Msport.az xəbər verir ki, qapıçı dünya çempionatının qrup mərhələsinin 2-cu turunun Serbiya ilə oyunundan (3:3) əvvəl heyətdən kənarlaşdırıb:
“Kamerun Futbol Federasiyası ictimaiyyəti xəbərdadr edir ki, baş məşqçi Riqober Sonqun qərarına əsasən, Andre Onana intizam məsələləri ilə bağlı müvəqqəti olaraq millinin oyunlarından uzaqlaşdırılıb. Federasiya bir daha baş məşqçiyə və onun korpusuna intizamın gücləndirilimsə ilə bağlı gördükləri işlərə görə tam dəstək olduğunu bəyan edir. Biz komandada sakit mühitin yaranması və nəticələrin yaxşılaşması üçün lazımı addımları dəstəkləyirik”.