Kamerun millisində qalmaqal - Onana düşərgəni tərk etdi
Kamerun millisinin heyətindən kənarlaşdırılan “Yuventus”in qapıçısı Andre Onana düşərgəni tərk edib.
Msport.az xəbər verir ki, italiyalı jurnalist Nikolo Skira bununla bağlı tviterdə paylaşım edib.
Onun sözlərinə görə, futbolçu baş məşqçi Riqober Sonqla münaqişəyə görə heyətdən uzaqlaşdırılıb. Fikir ayrılığının səbəbi Onanın oyun tərzi ilə bağlı olub. Kamerun millisinin çalışdırıcısı Onanadan klassik qapıçılar kimi çərçivədə durmasını istəyib. O isə “bu mənim tərzim deyil” deyərək etiraz edib.
26 yaşlı Onana millinin əsas qolkiperidir. O, hələ 2016-cı ildə yığmada debüt edib.
Serbiya ilə görüşdə Kamerun yığmasının qapısını Devid Epassi qoruyub.