Kamilo Duran Azərbaycan futbol tarixinə düşəcək
“Qarabağ” hücumçusu Kamilo Duranla vidalaşıb.
Msport.az xəbər verir ki, kolumbiyalı futbolçu artıq Ağdam klubunun düşərgəsini tərk edib.
24 yaşlı forvardın ilkin müqavilə imzaladığı “Seltik”lə münasibətləri rəsmiləşdirmək üçün Şotlandiyaya getdiyi dəqiqdir. Duran Qlazqo təmsilçisində tibbi müayinədən keçdikdən sonra “Seltik”lə 3+1 illik müqavilə imzalayacaq.
Bu transfer “Qarabağ”a 6,4 milyon avroluq gəlir gətirəcək. Günlərdir fərqli rəqəmlər gündəmə gəlsə də, Şotlandiya mətbuatı hazırda yekun transfer qiymətinin belə olduğunu yazır.
Ötən ilin yayında Portuqaliya “Portimonense”sindən 200 min avroya alınan hücumçu Azərbaycan futbol tarixinin ən bahalı transferi olacaq.







