featured-image-30420

“Neftçi”də yenə eyni, öyrəşdiyimiz ssenarilər baş verir. Komanda çempionatda uğursuz çıxış etdi, kubokun final oyununun necə olacağı bəlli deyil. Belə vəziyyətdə həmişə paytaxt klubunda günahkar axtarışına çıxılır. Maraqlı odur ki, hər dəfə kimsə qurban verilir, prezident Kamran Quliyev isə postunu qoruyur. Bu, Roberto Bordinlə də bağlı belə olub, Samir Abasovla da, idman direktoru Ceyhun Sultanovla da. Sultanovun gətirdiyi futbolçular (Sabir Buqrin, Mamadu Kane) “Neftçi”yə pul qazandırsa da, Quliyev “Sumqayıt”da birgə işlədiyi dostunu da axırda qurban verdi.

İndi də köhnə taktiki gedişlər yenidən gündəmə gətirilib, bu dəfə fərqli formada. Hiss olunur ki, “Neftçi”nin prezidenti özünü təmizə çıxarmaq üçün idman direktiru Zaur Əzizovu “xərcləmək” niyyətindədir. Sanki bütün günahlar Əzizovdadır, prezidentlik heç nə yoxdur görüntüsü yaradılır. Bütün bunlar isə onun üçün edilir ki, mövsümün sonunda sponsorlar izahat tələb edəndə idman direktorunu qurban vermək asan olsun.

ATV kanalında yayımlanan “Futbolumuz” verilişində sportal.az saytının rəhbəri Emin Abbasov da “Neftçi”də baş verən hadisələr barədə maraqlı fikirlər səsləndirib:

“Bilmirəm, Kamran Quliyev şahmatı yaxşı oynayır, ya pis. Amma iş həyatında şahmat gedişlərini mükəmməl bacarır. Onun Ceyhun Sultanovla bir müddət əvvəl əla bir şahmat partiyası var idi. O, başa düşürdü ki, həmin dönəmdə də kimsə qurban getməlidir. Kimisə qurban vermək lazımdır ki, özü orda qalsın. O, necə bir şahmat oynadısa, bütün günahlar qaldı Sultanovun boynunda və Ceyhun getdi. Əslində orda da müəmmalı hadisələr baş verdi. Ceyhun Sultanov gedəndən sonra WhatsApp statuslarında paylaşımlar edirdi ki, Afrika, Kane, Ağ şəhər. Bilirik ki, Kane “Neftçi”dən xaricə satılmışdı, Afrika onun vətənidir, bəs Ağ şəhər nədir? Ceyhun Sultanov nəyə ehyam vururdu? Yəni Kanenin transferindən nəsə olmuşdu, onu eşitdirirdi? Bunu mənə deyə bilmərəm, maraqlıdırsa, SOCAR rəhbərliyi araşdırsın.

Kamran Quliyev öz məharətini şahmat partiyasında göstərmək istəyir. İndi də Zaur Əzizovla oynamaq istəyir. Mənim gördüyüm odur ki, əlindən gələni eləməyə çalışır ki, bu dəfə də günahları Zaur Əzizovun boynuna atsın. Sanki onluq heç nə yoxdur. Əzizovu yola salandan sonra öz yoluna davam eləsin.

 

Bənzər xəbərlər