featured-image-40681

“Turan Tovuz”un kapitanı Kamal Bayramovun Msport.az saytına müsahibəsi

– Premyer Liqanın XVI turunda səfərdə “Neftçi”yə 2:3 hesabı ilə uduzduğunuz oyun barədə nə deyə bilərsiniz?

– Rəqibdən tam olaraq üstün futbol sərgilədik. Ərazi üstünlüyü, topa sahib olma, hücumların qurulması – bir sözlə, hər şey bizim tərəfimizdə idi. Amma sadə qollar buraxdıq. Bunun üzərində işləyib, növbəti matçlarda daha diqqətli oynamalıydıq.

– Qapınıza vurulan 3-cü qol xeyli müzakirələrə səbəb oldu…

– Qoldan öncə qayda pozuntusu var idi. Buna başqa ad vermək olmaz.

– Belə çıxır ki, Əliyar Ağayevin idarəçiliyindən razı qalmamısınız…

– Hakimliklə bağlı danışmayacağam.

– Komandanız son vaxtlar uğursuz nəticələr əldə edir. Bu, nə ilə bağlıdır?

– Oyun baxımından, “Qəbələ”ni çıxmaq şərtilə, bütün rəqiblərlə ya başabaş, yada da üstün oynamışıq. Hazırda “qara zolaq”dayıq. Bundan cıxmaq isə öz əlimizdədir. İnanıram ki, bunu bacaracağıq.

– Hazırda “Turan Tovuz”u aytsayderdən cəmi 5 xal ayırır. Bu amil sizi narahat etmir?

– Turnir cədvəli bu dönəmdə hər həftə dəyişə bilər. İki qələbə bizi ilk “dördlüy”ə çıxaracaq. “Qarabağ” aşkar favoritdir. Digər komandaların mövqeyi isə hər an dəyişə bilər.

Bənzər xəbərlər